Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi
22.05.2026 16:26 Sosial

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edib.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, pensiya və sosial müavinət, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Vətəndaşların müraciətləri araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

"Onlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Nazir Anar Əliyev və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov özünüməşğulluq proqramı çərçivəsində Xankəndi şəhərində qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Xocalı sakini Fikrət İnqilab oğlu Məhərrəmova istəyi və təcrübəsi nəzərə alınaraq, səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər verilib. O, verilmiş aktivlər hesabına Xankəndidə öz kiçik biznesini qurub. Xankəndi sakini Allahverdi Qurban oğlu Əhmədli üçün isə proqramın dəstəyi ilə kişi bərbərxanası yaradılıb.

Fikrət Məhərrəmov və Allahverdi Əhmədli kiçik biznesə sahib olmalarından razılıqlarını bildirib və onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, özünüməşğulluq proqramı çərçivəsində Xankəndidə artıq 21 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər