Qərar VERİLDİ: Diplomatlara “3 qat müavinət”

Qərar VERİLDİ: Diplomatlara “3 qat müavinət”
12.05.2026 14:15 Siyasət

Milli Məclis müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödənilməsi haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Bundan əlavə, qanuna edilən digər dəyişikliyə görə, diplomatik xidmət orqanı əməkdaşı vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun xidmətinə xitam veriləcək.

Sənədə görə, bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsində o da vurğulanıb ki, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraiti və s.) ibarət olacaq.

Qüvvədə olan qanuna əsasən isə diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və əlavələrdən ibarət idi.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Bütün Xəbərlər