Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı
09.04.2026 11:42 Siyasət

Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.

TodayPress TV xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

TodayPress TV

FOTOLAR

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı — 1
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı — 2
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı — 3
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı — 4
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı — 5
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini andı — 6
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər