Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi

Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi
22.04.2026 10:22 Siyasət

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.

TodayPress TV xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Latviya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

TodayPress TV

FOTOLAR

Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi — 1
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi — 2
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi — 3
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi — 4
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər