İştirakçısı olduğu təxribatı xəbər verən şəxs cinayət məsuliyyətindən azad edilə bilər
Siyasət
03.04.2026 16:50
Azərbaycanda təxribatın hazırlanmasında iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar edərsə, cinayət məsuliyyətindən azad olunacaq.
TodayPress TV xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Belə ki, Cinayət Məcəlləsinin Təxribat maddəsinə əlavə edilməsi nəzərdə tutulan "Qeyd" hissəsinə görə, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad ediləcək.
Bundan əlavə, terrorçuluğa açıq çağırışların əhatə dairəsi genişləndirilərək terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştiraka çağırışlar da beş ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
tag: Cinayət Məcəlləsi,Azərbaycan,Təxribat,Cəza,Todaypress.tv,
