"İranda hakimiyyət dəyişikliyi baş verdi" - Ekspert

"İranda hakimiyyət dəyişikliyi baş verdi" - Ekspert
05.05.2026 23:05 Siyasət

“İranda faktiki hakimiyyət dəyişikliyi baş verib. SEPAH komandanı Əhməd Vahidi seçilmiş siyasi rəhbərliyi tanımır, ali rəhbər Müctəba Xamenei isə proseslərə nəzarət etmir və ya edə bilmir”.

Bunu hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışarkən bildirib.


Onun fikrincə, mövcud xaos İranı məhvə doğru aparır:

“İran Prezidenti Məsud Pezeşkian, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) endirilən zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları “tamamilə məsuliyyətsiz” adlandırıb. İslam Respublikasının Prezidenti vurğulayıb ki, bu hərəkətlər ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirilib”.

Ekspert vurğulayıb ki, Pezeşkian region ölkələri ilə gərginliyin artması fonunda potensial olaraq geridönüşü olmayan nəticələr barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ikinci müharibə riski səbəbindən İran Prezidenti SEPAH-ın Fars körfəzi dövlətlərinə hücumlarına dərhal son qoyulması və eskalasiyanın qarşısının alınması üçün ali lider Müctəba Xamenei ilə təcili görüş tələb edib.

“Məsud Pezeşkian mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir və hesab edir ki, ölkə daha bir tammiqyaslı müharibəyə tab gətirə bilməz”, - deyə Ə. Verdiyev fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Ermənistanda itirdiyimiz şeyləri [[Azərbaycanla əvəz edəcəyik ]] 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Bütün Xəbərlər