Ermənilərin dilini bilən ən mahir psixoloq Əliyevdir — Nəyi, necə, nə zaman?

Ermənilərin dilini bilən ən mahir psixoloq Əliyevdir — Nəyi, necə, nə zaman?
12.05.2026 12:22 Siyasət

Bəzən çoxdan bildiyimiz həqiqətlər gözlənilməz bir anda qarşımıza tam fərqli rakursdan çıxır. 

Bir neçə gün öncə erməni bir jurnalistin səhifəsində Azərbaycana ünvanlanmış "sülh çağırışı" paylaşımına rast gəldim. Peşə vərdişimdir, həmişə şərhləri analiz edirəm. Maraqlı mənzərə ilə rastlaşdım, onlarla erməni istifadəçisi Azərbaycan dilində şərhlər yazmışdı.

Bəlkə də düşünəcəksiniz ki, texnologiya əsrində burada qeyri-adi nə var? “Google Translate” hər şeyi həll edir. Amma məsələ o deyil. Şərhlərin çoxu "ingilis klaviaturası" üslubunda, tərcümə proqramlarının vermədiyi o təbii jarqonla yazılmışdı. Əslində, çoxumuza məlumdur ki, qarşı tərəfdə dilimizi mükəmməl bilənlərin sayı az deyil. Buna Qarabağdan köçən ermənilərin verdiyi müsahibələrdə də şahid olmuşuq. Hətta 2025-2026-cı tədris ilində Ermənistanın 3 dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunur. Əvvəlki illərdə (2022-2023) də 4 məktəbdə Azərbaycan dili tədris olunurdu, amma indi daha rəsmi və genişləndirilmiş formada başlayıb.

Bu mənzərə mənə başqa bir hadisəni xatırlatdı. Təxminən iki il əvvəl "TikTok"da bir həmyerlimizə rast gəlirdim. Bir neçə xarici dillə yanaşı, erməni dilini də bilir və səhv etmirəmsə, bunun tədrisi ilə məşğul olurdu. Təsəvvür edirsiniz, xanımı erməni dilini bildiyinə görə necə linç edir, hansı ağır təhqirlərə məruz qoyurdular?

Bəs düşmənin dilinə vaqif olmaq, əslində elə onun silahına vaqif olmaq demək deyilmi?

Ermənistanla münasibətlərin mövcud konyukturasında "erməni dilini bilmək" anlayışı iki fundamental müstəvidə nəzərdən keçirilməlidir: Psixoloji-siyasi dərketmə və semantik-linqvistik hazırlıq.

Birinci müstəvi düşmən xalqın psixologiyasına, onun siyasi ritorikasına və niyyətlərinə bələd olmaqdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə erməni xalqının və siyasi elitasının psixologiyasını nə dərəcədə dərindən bildiyini dəfələrlə sübut edib. Ermənistanın revanşist və işğalçı mahiyyəti fonunda Azərbaycan dövləti onlarla məhz "anladıqları dildə" – hərbi-strateji güc yolu ilə danışaraq ədaləti bərpa etdi. Dövlət başçısının Zəngilanda verdiyi son açıqlamalar da revanşist qüvvələrin hakimiyyət ambisiyalarına qarşı bir xəbərdarlıq mahiyyəti daşıyır. Bu, düşmənin hərbi və siyasi gedişlərini öncədən oxumağın bariz nümunəsidir.

İkinci müstəvi isə birbaşa erməni dilinin semantik strukturuna dərindən bələd olan peşəkar mütəxəssislərin yetişdirilməsidir. Təəssüf ki, uzun illər ərzində bu sahədə kafi dərəcədə mütəxəssis bazasının olmaması ən həssas problemlərimizdən biri kimi qalıb. Azərbaycan Dillər Universitetində 2023-cü ildən erməni dili üzrə tərcümə ixtisası açılıb və ilk il 10 tələbə qəbul olunub. Digər universitetlərdə (məsələn, Bakı Dövlət Universiteti, UNEC) ayrı-ayrı fənn və ya qısamüddətli kurslar var, amma kütləvi deyil. Əvvəllər ixtisaslaşanların sayı çox aşağı idi (10-25 nəfər). Bu, mütəxəssis bazasının hələ də məhdud olduğunu göstərir.

Ermənistanla hələ də yekun sülh müqaviləsinin imzalanmadığı və regionda xarici güclərin əli ilə revanşist meyillərin körükləndiyi bir şəraitdə, bu dilə vaqif olan kadrlar milli təhlükəsizlik üçün hava və su kimi lazımdır.

Düşmən dilini və onun daxili dinamikasını bilən hər bir mütəxəssis, bu gün cəbhədəki əsgər qədər vacibdir. Diplomatik və informasiya müstəvisində effektiv mübarizə aparmaq üçün biz aşağıdan yuxarıya doğru bütün səviyyələrdə bu strateji biliyi inkişaf etdirməyə məcburuq.

Qiymət Mahir

XƏBƏR LENTİ
05 IYUN 2026
XİN: Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir- İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Bütün Xəbərlər