Əliyev Zəngilandan danışdı -Əleyhdarlarımız sosial şəbəkələrə töküldü
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı son çıxışı İranda bəzi dairələri yenidən narahat edib.
TodayPress TV xəbər verir ki, dövlət başçısının Zəngilanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevriləcəyi və dəmir yolunun gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdiriləcəyi barədə açıqlamaları İran mediasında və bəzi ekspert çevrələrində müzakirələrə səbəb olub.
Xüsusilə Tehran Universitetinin müəllimi və özünü Cənubi Qafqaz üzrə ekspert kimi təqdim edən Ehsan Movehadian uzun müddətdir Azərbaycanın nəqliyyat və dəmir yolu layihələrinə qarşı çıxışları ilə diqqət çəkir. O, daha əvvəlki açıqlamalarında Zəngəzur dəhlizinin açılmasının İranın regional maraqlarına təhlükə yaradacağını iddia etmişdi.

Müşahidəçilər hesab edir ki, Azərbaycanın bölgədə yeni logistika və nəqliyyat xəritəsi formalaşdırması bəzi İran dairələrində ciddi narahatlıq yaratmağa davam edir.
Jalə Rövşən