Əli Nağıyev: "DTX-nin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yetirməsi olmaqdan qürur duyur"
Siyasət
03.04.2026 17:31
Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib.
Ə. Nağıyev bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur”.
tag: DTX,Əli Nağıyev,Tədbir,Çıxış,Todaypress.tv,
