Elçin Əmirbəyov və Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə etdilər

Elçin Əmirbəyov və Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə etdilər
14.04.2026 23:08 Siyasət

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Brodski "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu Praqada salamlamaqdan məmnunam", - deyə o bildirib.

Brodski əlavə edib ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunub:

"Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlığı müzakirə etdik".

Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə zamanı mühüm məsələlərə toxunub.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər