Dünya Çinin, dünya "Sem"in, dünya heç kimin? - "Dava yorğan davasıdır"

Dünya Çinin, dünya "Sem"in, dünya heç kimin?  - "Dava yorğan davasıdır"
14.05.2026 14:28 Siyasət

Dünyanın iki ən böyük gücü — ABŞ və Çin yenidən masa arxasındadır. Tramp öz "bazarlıq" üslubu ilə gəlib, Si Pin isə ehtiyatlı, lakin özünəinamlıdır. Bu görüş dünyanın gələcək 4-5 illik iqtisadi və hərbi xəritəsini cızmaq cəhdi kimi qiymətləndirilir.

Bəs niyə indi?

Trampın "qayıdışı" onun seçicilərinə verdiyi "böyük iqtisadi canlanma" vədini həyata keçirmək üçün Çinlə ticarət münasibətlərini ABŞ-nin xeyrinə həll etməsini zəruri edir. Digər tərəfdən, İran və enerji məsələsi də gündəmdədir. Yaxın Şərqdəki gərginlik Çinin enerji təhlükəsizliyinə, ABŞ-nin isə siyasi nüfuzuna təsir edir. Hər iki tərəf üçün bölgədəki "yanğını söndürmək" strateji maraq daşıyır. Eyni zamanda ABŞ-nin  250 illiyi fonunda Tramp dünyaya "sülh gətirən lider" imici vermək istəyir.

Masadakı gizli qəhrəmanlar isə texnologiya nəhəngləridir. Nümayəndə heyətində İlon Mask və Jensen Huang-ın olması təsadüfi deyil. Bu, göstərir ki, söhbət artıq təkcə soya paxlası və ya polad satışından getmir. Əsas qarşıdurma süni intellekt və yarımkeçirici texnologiyalar üzərindədir. Tramp Çinə çip satışını məhdudlaşdırmağa çalışsa da, Amerika şirkətləri bu nəhəng bazarı tamamilə itirmək istəmir.

Maskın iştirakı Çindəki zavodlarının təhlükəsizliyi və gələcək rəqabət üçün bir növ "sığorta" rolunu oynayır. Hər iki tərəfin məqsədləri fərqlidir. Tramp ABŞ üçün ticarət kəsirini azaltmaq və İran məsələsində təsir imkanlarını artırmaq istəyir. Onun əsas təzyiq vasitəsi tariflər və sanksiya təhlükəsidir. Si Cinpin  isə Çin iqtisadiyyatını qorumaq və Tayvan məsələsində qırmızı xəttini göstərmək niyyətindədir. Çinin əsas üstünlüyü isə kritik minerallar və batareya istehsalı üçün vacib xammal üzərində nəzarətidir.

Pərdəarxasında  daha incə oyunlar gedir. Tramp həmişə olduğu kimi Si Cinpini tərifləyərək şəxsi münasibət qurmağa və bununla danışıqlarda daha yumşaq şərtlər əldə etməyə çalışır. İran kartı da burada önəmlidir. Çin üçün İran həm strateji tərəfdaş, həm də ucuz enerji mənbəyidir. Tramp Çinə "İranı cilovla, mən də tarifləri yumşaldım" mesajı verir. Bu, 2026-cı ilin ən böyük diplomatik alverlərindən birinə çevrilə bilər. Tayvan məsələsi isə danışıqların ən həssas nöqtəsidir.

Sİ Cinpinin  sərt mesajları göstərir ki, Çin iqtisadi güzəştlərə açıq olsa da, suverenlik məsələsində geri addım atmayacaq. Tramp isə Tayvan kartından digər sahələrdə üstünlük qazanmaq üçün istifadə etməyə çalışacaq.

Nəticədə bu iki tərəfin böyük bir dostluğunu gözləmək sadəlövhlük olar. Daha çox "soyuq sülh" və hesablanmış rəqabət dövrü gəlir. Qısa müddətdə bazarlar bu görüşə müsbət reaksiya verə, dollar və yuan daha sabit görünə bilər. Uzun müddətdə isə texnologiya müharibəsi, xüsusilə çip savaşı dayanmayacaq, sadəcə daha kontrollu və müəyyən qaydalar daxilində davam edəcək.

Yekunda bu görüş bir "reset" deyil, tərəflərin bir-birinin gücünü yoxladığı strateji bir fasilədir.  Tramp kiçik bir ticarət razılaşmasını belə siyasi qələbə kimi təqdim etməyə çalışacaq, bu onun daxili reputasiyası üçün vacibdir. Si Cinpin  isə iqtisadi nəfəs almaq üçün hələki vaxt qazanmağa çalışacaq. 

Jalə Rövşən

XƏBƏR LENTİ
03 IYUN 2026
Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Bütün Xəbərlər