DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşayır

Siyasət

03.04.2026 17:41

Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq etmişdir.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib.

DTX rəisi bildirib ki, ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşayıb: "Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır".

tag: DTX,Əli Nağıyev,Tədbir,Çıxış,Todaypress.tv,