Yapışdırıcı maddələrin istehsalı 39 %-ə yaxın artdı
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 127,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.
TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.
Bu il oktyabr ayının 1-nə, ölkədə 10,7 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 11,7 % çoxdur.