SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirdi

SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirdi
29.10.2025 16:47 Sənaye və energetika

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə TodayPress TV-yə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

Bütün sahələrdə müvafiq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər