Bayraktar Ankara-Bakı enerji əməkdaşlığından danışdı

Bayraktar Ankara-Bakı enerji əməkdaşlığından danışdı
04.09.2025 16:05 Sənaye və energetika

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan IV Enerji Forumunda çıxış edib.

TodayPress TV xəbər verir ki, forum Türkiyə Külək Enerjisi Konqresi çərçivəsində təşkil olunub.

Bayraktar bildirib ki, iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və dərinləşdirilməsi yeni perspektivlər açacaq:

“Keçmiş forumlarda mühüm işlər görülüb. Enerji əməkdaşlığımızı yeni sahələrə daşıyırıq və dialoq kanallarını daim inkişaf etdiririk”.

Nazir vurğulayıb ki, neft, qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik bazarı tənzimləmələri, elektrik ötürülməsi və paylanması, eləcə də mədənçilik sahələrində yaradılmış işçi qrupları əməkdaşlığı sistemli şəkildə davam etdirir.

Bayraktar, Türkiyə ilə Azərbaycanın qardaşlıq bağlarının təkcə siyasi və mədəni deyil, iqtisadi və strateji sahələrdə də gücləndiyini qeyd edib:

“Bir millət, iki dövlət’ anlayışı enerji sahəsində həyata keçirilən böyük layihələrlə özünün ən konkret ifadəsini tapır. Enerji ölkələrimizin inkişafının əsas hərəkətverici qüvvəsidir. Türkiyə və Azərbaycan sahib olduqları coğrafi mövqe, zəngin resurslar və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayır və həm regional, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir”.

O əlavə edib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri ilə təməli qoyulan əməkdaşlıq bu il imzalanmış “Şafaq-Asiman” sazişi ilə yeni mərhələyə qədəm qoyub. O, həmçinin “Qarabağ”, “D-230” və “Dostluq” yataqlarında əməkdaşlığın gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.

Bayraktar qeyd edib ki, 14 may 2024-cü ildə imzalanan qaz sahəsində əməkdaşlıq sazişi ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək və regional əməkdaşlığı daha da möhkəmləndirəcək.

O, həmçinin İğdır-Naxçıvan qaz kəmərinin Naxçıvanın enerji təminatını gücləndirdiyini və Türkiyə-Azərbaycan əlaqələrini daha da yaxınlaşdırdığını söyləyib.

Nazir əlavə edib ki, 2 avqust 2025-ci ildə istifadəyə verilən Türkiyə–Suriya qaz kəməri təkcə enerji axını deyil, bölgədə sülh və rifah üçün də strateji əhəmiyyət daşıyır.

Bayraktar bildirib ki, enerji əməkdaşlığı yalnız neft və qazla məhdudlaşmır:

“Yenilənən enerji və elektrik ötürülməsi sahəsində ortaq layihələr gələcək nəsillərə qarşı ortaq məsuliyyətimizdir”.

O, xüsusilə Türkiyə-Naxçıvan elektrik xətti layihəsinin əhəmiyyətini vurğulayıb. Bu layihə başa çatdıqdan sonra Naxçıvanın enerji təhlükəsizliyi təmin ediləcək və ölkələr arasında elektrik ticarəti yeni mərhələyə keçəcək.

Nazir həmçinin Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən “Yaşıl Elektrik İxracı və Ticarəti” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb:

“Bu layihə ilə bərpa olunan mənbələrdən əldə edilən elektrik təkcə ölkələrimizə deyil, bütün regiona və Avropaya fayda verəcək. Türkiyə güclü infrastrukturu və inkişaf etmiş elektrik bazarı ilə bu prosesə töhfə verir, Azərbaycan isə günəş və külək potensialı ilə təmiz enerji ixracatçısına çevrilməkdədir”.

Töhfə Səməd 

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Bütün Xəbərlər