Anaklaudia Rossbax Azərbaycana təşəkkür etdi

Anaklaudia Rossbax Azərbaycana təşəkkür etdi
22.05.2026 13:43

“WUF13 şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün həqiqətən qlobal platforma olduğunu bir daha nümayiş etdirdi”.

TodayPress TV xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və liderliyə görə Azərbaycana təşəkkür edib.

“Tədbirin təşkilində göstərilən öhdəlik və səylər WUF13-ü şəhərlərin gələcəyi ilə bağlı kritik bir dövrdə həqiqətən qlobal toplantıya çevirib. Forumda iştirak edən bütün hökumətlərə, şəhərlərə, tərəfdaşlara, ekspertlərə, vətəndaş cəmiyyətinə, gənclərə və icmalara təşəkkür edirəm.  WUF13 bir daha göstərdi ki, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün qlobal platformadır. Forum proqramı boyunca yüksək iştirak və fəallıq müşahidə olundu. Forumda 176-dan çox ölkədən ümumilikdə 57 mindən artıq iştirakçı yer aldı, onlardan 3 mindən çoxu tədbirə onlayn qoşuldu”.

“UN-Habitat” rəhbərinin sözlərinə görə, “Urban Expo” üzrə 100 mindən çox ziyarət qeydə alınıb və iştirakçıların 55 faizini qadınlar və qızlar təşkil edib.

O əlavə edib ki, forum çərçivəsində 11 dövlət başçısı, 9 yüksək səviyyəli qonaq, 88 nazir, 76 nazir müavini və 130 mer iştirak edib.

Anaklaudia Rossbax bildirib ki, ümumilikdə 579 sessiya keçirilib.

Onun sözlərinə görə, “Urban Expo” çərçivəsində 260 sərgi iştirakçısı, innovator və həll təqdimatçısı fəaliyyət göstərib və sərgiyə 74 mindən çox ziyarət qeydə alınıb.

“UN-Habitat” rəhbəri qeyd edib ki, forum həftəsi boyunca 865 media nümayəndəsi tədbiri işıqlandırıb. Bu rəqəmlər şəhərlərlə bağlı problemlərin aktuallığını nümayiş etdirir.

“Şəhərlər həll yolları tələb edir və tərəfdaşlar buna cavab verir. WUF13-ün “Dünyaya mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu indiki dövrdə xüsusilə aktualdır. Forum qlobal mənzil böhranının görünməmiş miqyasa çatdığı bir dövrdə keçirildi”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bütün Xəbərlər