ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycan üçün nə vəd edir?

ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycan üçün nə vəd edir?
11.02.2026 13:21

“Xartiyanın imzalanması Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır".  

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz "Facebook" hesabında yazıb. 


Deputat bildirib ki, siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək.

Onun sözlərinə görə, ABŞ–Azərbaycan ticarəti artıb və əməkdaşlığın güclənməsi ixracı genişləndirə bilər: 

"2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib. Strateji əməkdaşlığın güclənməsinin Azərbaycanın ABŞ ilə qeyri neft-ixrac dövriyyəsinin daha da artmasına gətirib çıxaracağı gözlənilir".

Parlamentari diqqətə çatdırıb ki, ABŞ–Azərbaycan əməkdaşlığı texnologiya və sərmayə axını ilə iqtisadi diversifikasiyaya töhfə verir: 

"16 ölkəyə təbii qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ–Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı deməkdir".

Qeyd edək ki, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vens imzalayıblar.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Bütün Xəbərlər