Yumurtanın qiyməti artacaq? - AÇIQLAMA

İqtisadiyyat

17.03.2026 17:11

“Hazırda yumurta bazarında real çatışmazlıq müşahidə olunmur”.

Bunu iqtisadçı Emin Qəribli TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, ümumilikdə ölkə yumurta ilə tam təmin olunur və hətta ixrac imkanları da mövcuddur. Lakin bəzi bölgələrdə qiymət artımı qeydə alına bilər. 

"Bayram ərəfəsində bazarlarda bahalaşmanın əsas səbəblərindən biri bazarda spekulyativ halların artmasıdır.  Bayramqabağı dövrdə tələbatın artdığını görən bəzi satıcılar bundan sui-istifadə edərək qiymətləri yüksəldirlər”. 

İqtisadçı qlobal iqtisadi amillərin də qiymətlərə təsir etdiyini qeyd edib.

"Beynəlxalq təşkilat FAO-nun (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı)  məlumatına əsasən, ilin əvvəlindən etibarən əsas qida məhsullarında bahalaşma müşahidə edilir. Beynəlxalq gərginliklər inflyasiya təzyiqini daha da artırır. Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında baş verən gərginlik fonunda dünya iqtisadiyyatında inflyasiyaya təsir edən amillər güclənib". 

Ekspert xüsusilə idxaldan asılı məhsullarda çətinliklərin yarandığını vurğulayıb:


"Quru meyvələr əsasən ərəb ölkələrindən və İrandan idxal olunur. Mövcud münaqişə nəticəsində bu ölkələrdən idxal müəyyən qədər çətinləşib. Məhsulların əldə olunması mümkündür, lakin yaranan çətinlikləri nəzərə alan bəzi sahibkarlar gələcəkdə məhsulların daha baha başa gələcəyini düşünərək qiymətləri indidən artırırlar".

Sonda Emin Qəribli mövcud vəziyyətin ciddi narahatlıq doğurmadığını qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Emin Qəribli,İqtisadçı,Yumurta,Qiymət,Todaypress.tv,