Siqaret istehsalı 38%-dən çox artdı

İqtisadiyyat

09.03.2026 14:00

Bu ilin yanvar ayında Azərbaycanda 1,194 milyard ədəd siqaret istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.

Fevralın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,264 milyard ədəd təşkil edib.

Bundan başqa, 2026-cı ilin yanvar ayında Azərbaycanda 49,9 ton tütün istehsal edilib ki, bu da illik müqayisədə 66,8% azdır. Bu ilin fevralın 1-nə ölkədə sözügedən məhsul üzrə hazır ehtiyat 150,4 tona bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində əhaliyə 5,293 milyard manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 1,264 milyard manatlıq ödənişli xidmət göstərilib. Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin xüsusi çəkisi yekunda 4,1% təşkil edib.

TodayPress TV

tag: Siqaret,İstehsal,Tütün,Həcm,Todaypress.tv,