Şəkər və qənnadı məmulatlarının ixracı 50 faizdən çox artdı

Şəkər və qənnadı məmulatlarının ixracı 50 faizdən çox artdı
22.11.2025 14:45 İqtisadiyyat

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 53 milyon 358.62 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.

TodayPress TV Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 51.64% artıb.

Hesabat dövründə Azərbaycana 220 milyon 014.63 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 7.54% artım deməkdir.

Cari ilin yanvar-sentyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,25%-ni, idxalı isə ümumi idxalın 1,14%-ni təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər