Polad idxalına çəkilən xərc 16 %-ə yaxın artdı
İqtisadiyyat
14.03.2026 13:30
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 19,052 milyon ABŞ dolları dəyərində polad idxal edib.
TodayPress TV Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.
Fevralda Türkiyə Azərbaycana 10,861 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 56,4 % çoxdur.
Türkiyənin iki ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 8,2 % azalaraq 2 milyard 275 milyon ABŞ dolları, fevralda isə 3,3 % azalaraq 1 milyard 193 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox bu məhsul idxalını Rumıniya 144,116 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14,2 % az), İtaliya 129 milyon ABŞ dolları (-3,1 %) və Almaniya 127 milyon ABŞ dolları (+2,3 %) dəyərində həyata keçirib.
tag: Polad,İdxal,Xərc,Artım,Todaypress.tv,
