“Novxanı” yarımstansiyasının tikintisinə 49,3 milyon manat ayrıldı
220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi ilə bağlı işlərə start verilir.
TodayPress TV xəbər verir ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, ASC sözügedən işlərin icrasını “Electro Industries” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 49,3 milyon manat ödənilib.