Ketçup idxalı 10% azaldı

İqtisadiyyat

04.04.2026 17:45

Bu ilin yanvar ayında Azərbaycan 312,2 min ABŞ dolları dəyərində 206 ton ketçup idxal edib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 87,7 min ABŞ dolları dəyərində (1 il əvvəlkindən 25 % az) 62 ton (-31 %), Qazaxıstandan 75 min ABŞ dolları dəyərində (+44 %) 61 ton (+53 %), Türkiyədən 63 min ABŞ dolları dəyərində (-45 %) 38 ton (-46 %), Almaniyadan 56 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 24 ton (+2,2 dəfə), Belarusdan 10,3 min ABŞ dolları dəyərində (+15 dəfə) 7,4 ton (+18 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 3 min 723 ton ketçupun 44 %-i Rusiyanın, 23 %-i Türkiyənin payına düşüb.

TodayPress TV

tag: Ketçup,İdxal,Artım,Kəmiyyət,Todaypress.tv,