Fransadan Azərbaycana pul köçürmələri artdı

İqtisadiyyat

20.03.2026 18:15

2025-ci ildə Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 26,6 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 14,8 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 2,3% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,5 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 15% azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Fransanın payı 1,3% təşkil edib.

2024-cü ildə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 11,8 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

TodayPress TV

tag: Fransa,Azərbaycan,Dollar,AMB,Todaypress.tv,