Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
Amerika fond bazarlarında Dow Jones indeksi 0.51% - 48,461.93 bəndə, S&P 500 indeksi 0.35% – 6,905.74 bəndədək, Nasdaq indeksi isə 0.50% – 23,474.35 bəndə qədər azalıb.
TodayPress TV xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,04% – 9,866.53 bəndə kimi azalıb, Almaniyanın DAX indeksi 0,05% – 24,351.12 bəndə qədər, Fransanın CAC-40 indeksi 0.10% - 8,112.02 bəndə qədər artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,04% artaraq 1.1778 dollar təşkil edib.