Dollar bahalaşacaq? – İqtisadçı açıqladı

İqtisadiyyat

31.03.2026 23:43

“Aprel ayı üçün dollar və neftlə bağlı vəziyyəti dəqiq proqnozlaşdırmaq çətindir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bunu TodayPress TV-yə danışarkən bildirib.


O vurğulayıb ki, ABŞ dolları əsasən Federal Ehtiyat Sisteminin faiz qərarlarından və qlobal iqtisadi vəziyyətdən asılıdır. Əgər faizlər yüksək qalarsa, dollar da güclü qala bilər. 

Ekspert əlavə edib ki, neft qiymətləri əsasən OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin hasilat qərarları, dünya üzrə tələbat və siyasi risklərin təsiri altında formalaşır. Onun sözlərinə görə, əgər hasilat məhdudlaşdırılarsa və ya tələbat artsa, qiymətlər də yüksələ bilər. 


A.Nəsirli sonda qeyd edib ki, ümumilikdə apreldə kəskin dəyişiklikdən çox, mövcud vəziyyətin davam etməsi daha real görünür, lakin qlobal hadisələr bazara təsir edə bilər.

Aysel Mətləb

TodayPress TV

tag: Akif Nəsirli,Neft,Qaz,Bahalaşma,OPEC,TodayPress TV,