"Bitcoin"in qiyməti 68 min dolları ötdü

"Bitcoin"in qiyməti 68 min dolları ötdü
09.03.2026 18:30 İqtisadiyyat

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətində artım qeydə alınıb.

TodayPress TV CoinMarketCap platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 0,91% artaraq 68 332 dollar təşkil edib.

Kriptovalyutanın bazar kapitalizasiyası 1,36 trln. dollar səviyyəsində qiymətləndirilir.

Bazarın ikinci ən böyük kriptovalyutası olan "Ethereum" isə sutka ərzində 2,43% bahalaşaraq 2 013 dollara yüksəlib.

Digər əsas kriptoaktivlər arasında BNB-nin qiyməti 1,44% artaraq 629 dollar, "Bitcoin Cash"in qiyməti 0,02% artaraq 450 dollar olub.

Anonimliyi ilə seçilən kriptovalyutalardan Monero 1,38% artaraq 350 dollar, Zcash isə 6,06% artaraq 207 dollar səviyyəsində qərarlaşıb.

Eyni zamanda süni intellekt əsaslı layihələrdən olan Bittensor tokeninin qiyməti 10,78% artaraq 196 dollar olub.

Qızılın qiymətinə bağlı kriptoaktivlərdə isə azalma qeydə alınıb. "PAX Gold"un qiyməti 1,15% azalaraq 5 116 dollara, "Tether Gold"un qiyməti isə 1,32% azalaraq 5 075 dollara düşüb.

Məlumata görə, kriptovalyuta bazarının ümumi kapitalizasiyası 0,81% artaraq 2,33 trln. dollar səviyyəsində qərarlaşıb.

Analitiklərə görə, bazarda müşahidə olunan artım əsas kriptovalyutalarda alışların güclənməsi və investorların riskli aktivlərə marağının artması ilə bağlıdır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər