Bayramqabağı bölgə turizmi canlandı - Qiymətlər artacaq?
İqtisadiyyat
19.03.2026 15:00
"Bayram ərəfəsində regionlara səfərlərə maraq xeyli artıb”.
Bunu turizm eksperti Samir Dübəndi TodayPress TV-yə danışarkən deyib.
.jpg)
Onun sözlərinə görə, bu il vətəndaşların xarici ölkələrə planlaşdırdıqları səfərlərin müxtəlif səbəblərdən təxirə salınması və ya ləğv olunması daxili turizmə tələbatı gücləndirib:
“Artan marağa baxmayaraq, hotellərdə və digər yerləşdirmə vasitələrində qiymətlərdə ciddi fərqlər müşahidə olunmur. Bununla belə, mövcud vəziyyət regionlarda fəaliyyət göstərən turizm obyektləri üçün əlverişli şərait yaradır”.
Samir Dübəndinin fikrincə, bayram günlərində ölkənin bölgələrində yerləşən hotellər və istirahət məkanları yüksək doluluq səviyyəsi ilə fəaliyyət göstərəcək:
“Bu isə daxili turizmin canlanmasına və sektorun ümumi inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda, artan turist axını regionlarda xidmət keyfiyyətinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və yerli biznesin gəlirlərinin artmasına təkan verəcək”, - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: Bayram,Turizm,Novruz,Samir Dübəndi,Todaypress.tv,
