Azərbaycandan keçən nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcmi açıqlandı
İqtisadiyyat
18.11.2025 13:11
2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə ümumi yükdaşımaların həcmi açıqlanıb.
TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məlumata görə, bu dövrdə:
Dəmir yolu nəqliyyatı ilə – 10 555,6 min ton,
Avtomobil nəqliyyatı ilə – 8 008,8 min ton,
Dəniz nəqliyyatı ilə – 5 589,7 min ton yük daşınıb.
Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 615 min ton təşkil edib. Bunun:
6 117,1 min tonu Avropa–Qafqaz–Asiya (TRACECA),
6 719,7 min tonu Şimal–Cənub,
4 416,7 min tonu Şimal–Qərb,
402,7 min tonu isə Cənub–Qərb dəhlizi üzrə daşınıb.
Tranzit yüklərin payı da açıqlanıb: dəmir yolu ilə daşımaların 46 faizi, avtomobillə 41,9 faizi, dəniz nəqliyyatı ilə isə 94,7 faizi məhz tranzit yüklərdən ibarət olub.
tag: Nəqliyyat,Dəhliz,Statistika ,Azərbaycan ,Todaypress.tv,
