Azərbaycan Pakistana 2 milyard dollarlıq investisiya mexanizmini müzakirə etdi

İqtisadiyyat

02.01.2026 20:30

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər və bu əlaqələrin daha da inkişaf etdiriməli olduğu ilə bağlı razılığa gəliblər.

Bundan başqa, Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq və bu ölkəyə investisiya yatırılması mexanizminin yekunlaşdırılması da razılaşdırılıb.

TodayPress TV

tag: Mikayıl Cabbarov, Pakistan, Azərbaycan, İqtisadiyyat, todaypress.tv,