Azərbaycan, İran və Rusiya memorandum imzaladı
İqtisadiyyat
26.11.2025 13:42
Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.
TodayPress TV xəbər verir ki, memorandum uzunmüddətli əməkdaşlığın inkişafına və “Şimal-Cənub” nəqliyyat marşrutunun qərb istiqamətinin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Sənəd tariflərin uzlaşdırılmasını, vahid kompleks tariflərin tətbiqini, müntəzəm blok-qatarların təşkilini və daşımalarla bağlı prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.
Bu addımlar tərəflərə sürətli, proqnozlaşdırıla bilən və iqtisadi cəhətdən səmərəli logistika zənciri yaratmağa imkan verəcək.
Razılaşma həmçinin Rusiya, Azərbaycan və İranın beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqeyini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait yaradır.
tag: Azərbaycan,İran,Rusiya ,Şimal-Cənub,Todaypress.tv,
