2025-də dünyanın ən məşhur avtomobilinin adı açıqlandı
İqtisadiyyat
07.11.2025 13:12
2025-ci ilin yanvar–sentyabr aylarında dünyanın ən çox satılan avtomobili Toyota RAV4 olub.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, “Focus2move” portalının araşdırmasına görə, model satışlarını 11,2 faiz artıraraq bazarda payını 2,5 faizə yüksəldib.
İkinci pillədə satışları 8,2 faiz azalan Toyota Corolla qərarlaşıb. İlk üçlüyü isə Tesla Model Y tamamlayıb.
İlk onluqda həmçinin Ford F-Series, Honda CR-V, Chevrolet Silverado, Toyota Camry, Hyundai Tucson, Toyota Hilux və Kia Sportage yer alıb.
Məlumata görə, GR Supra modeli Toyota-nın son 20 ildə ən çox problem yaradan avtomobili hesab olunur. Əyləc köməkçisi və təhlükəsizlik kəməri ilə bağlı nasazlıqların daha çox müşahidə edildiyi bildirilir.
Toyota bZ4X də brendin ən az etibarlı yeni modeli kimi göstərilir. Sahiblər daha çox hub boltlarının keyfiyyəti ilə bağlı problemlərin yarandığını bildirirlər
Jalə Rövşən
tag: Ən çox satılan avtomobil, “Focus2move” ,Toyota RAV4,Toyota Corolla ,Tesla Model Y,
