“Vilyarreal”da şok dəyişiklik – məşqçi postunu tərk edir
“Vilyarreal”klubu baş məşqçi Marselino Qarsiya Toral ilə yollarını cari mövsümün sonunda ayıracağını rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, klub X sosial şəbəkəsində yaydığı bəyanatda mütəxəssisə təşəkkür edib:
“Klub və azarkeşlər üçün etdiklərinə görə sənə ürəkdən təşəkkür edirik. Gələcək karyeranda uğurlar arzulayırıq.”
Qeyd edək ki, Marselino 2023-cü ilin noyabrında yenidən “Vilyarreal”a qayıtmışdı. O, daha əvvəl 2013–2016-cı illərdə “Vilyarreal”a rəhbərlik edib. Təcrübəli məşqçi karyerası ərzində “Valensiya”, “Atletik Bilbao” və “Marsel” kimi klublarda da çalışıb.
La Liqanın 34 turundan sonra “Vilyarreal” 68 xalla 3-cü pillədə qərarlaşıb.
Namiq HUN