Uzun fasilədən sonra Qavi yenidən meydanlara qayıdır

İdman

14.03.2026 17:17

“Barselona” klubunun yarımmüdafiəçisi Qavi matçlarda iştirak etmək üçün tibbi icazə alıb.

TodayPress TV xəbər verir ki, klubun mətbuat xidməti bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 

Bildirilir ki, futbolçu La Liqanın XXVIII turunda “Sevilya” ilə keçiriləcək qarşılaşmada meydana çıxa bilər. Görüş martın 15-də baş tutacaq.

21 yaşlı yarımmüdafiəçi avqust ayının sonundan bəri zədə səbəbindən meydanlardan uzaq qalmışdı. Həmin vaxt o, dizinin daxili meniskini zədələmiş, sentyabr ayında isə artroskopik əməliyyat keçirmişdi.

Cari mövsümdə Qavi İspaniya çempionatında iki oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Qavi ,Klub,Futbol,Todaypress.tv,