US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri

US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri
28.07.2026 10:49 İdman

Dünya reytinqinin lideri, belaruslu tennisçi Arina Sabalenka sosial şəbəkədə paylaşdığı yeni video ilə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, təcrübəli idmançı kavaler-kinq-çarls-spaniel cinsindən olan Eş ləqəbli iti ilə birlikdə məşq etdiyi anları izləyiciləri ilə bölüşüb.

Görüntülərdə Sabalenka xüsusi gimnastika rezini ilə məşq edərkən, iti də onun yanında yer alır. 

Paylaşımına zarafatla yanaşan tennisçi videonu “Eş özünü böyük it hesab edir" sözləri ilə şərh edib.

Qeyd edək ki, Sabalenkanın ABŞ Açıq çempionatının (US Open) qarışıq qoşa yarışında serbiyalı ulduz tennisçi Novak Cokoviçlə eyni cütlükdə çıxış edəcəyi daha əvvəl açıqlanıb.

Xatırladaq ki, belaruslu tennisçi 2026-cı ildə uğurlu mövsüm keçirir. O, Brisbendə keçirilən WTA 500 turnirinin qalibi olub, həmçinin İndian-Uells və Mayamidə ardıcıl çempionluq qazanaraq “Sunshine Double”a imza atıb. Sabalenka “Australian Open”in finalına qədər irəliləsə də, həlledici görüşdə Qazaxıstan təmsilçisi Yelena Rıbakinaya 4:6, 6:4, 4:6 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər