Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu

Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu
22.06.2026 23:50 İdman

Çexiyalı tennisçi Marketa Vondrouşova dopinq testindən keçməkdən imtina etdiyi üçün dörd il müddətinə diskvalifikasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vondrouşova 2025-ci ilin dekabr ayının əvvəlində yarışdankənar dopinq testindən keçməkdən imtina edib. Dinləmələr zamanı idmançı qərarını stres, psixi sağlamlığındakı problemlər və şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıqları ilə izah edib. Onun sözlərinə görə, dopinq nəzarətçisi gecə saatlarında evinə gəlib, lakin o, qapını açmayıb.

Bununla belə, müstəqil tribunal təqdim olunan arqumentləri cəzanın ləğvi və ya yüngülləşdirilməsi üçün kifayət qədər inandırıcı hesab etməyib.

Tennisçinin diskvalifikasiya müddəti 21 iyun 2030-cu il tarixinədək qüvvədə olacaq. Bu müddət ərzində Vondrouşovaya Beynəlxalq Tennis Federasiyası (ITF), Qadın Tennis Assosiasiyası (WTA), Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və milli assosiasiyaların himayəsi altında keçirilən turnirlərdə iştirak etmək, məşqçilik fəaliyyəti ilə məşğul olmaq və ya bu tədbirlərdə hər hansı formada yer almaq qadağan edilib.

Qeyd edək ki, Marketa Vondrouşova Açıq Era tarixində qadınların fərdi yarışında Uimbldon turnirinin səpələnmişlər siyahısında yer almayan ilk çempionu kimi tarixə düşüb. O həmçinin Tokio Olimpiadasının fərdi yarışlarında gümüş medal qazanıb və karyerası ərzində üç WTA tituluna sahib olub.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər