Üç cüdoçumuz dünya çempionatında medal görüşünə çıxacaq
Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının üçüncü yarış günündə Azərbaycanın üç təmsilçisi final blokunda tatamiyə çıxacaq.
TodayPress TV xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli final görüşündə rusiyalı Daniyal Biybolatovla qarşılaşacaq.
90 kq-da isə iki cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq. Ömər Axundov Rusiya təmsilçisi Aslan Tuayevlə, Nurəddin Əliyev isə kanadalı Mettyu Molçanovla üz-üzə gələcək.
Final bloku Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.