İsrail Qəzzada HƏMAS komandirini belə vurdu - FOTO

İsrail Qəzzada HƏMAS komandirini belə vurdu - FOTO
22.08.2026 21:54 Dünya

İsrail Müdafiə Ordusu Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

TodayPress TV xəbər verir ki, HƏMAS-ın Deyr əl-Bəlah batalyonunun bölük komandiri Şərif əl-Həsənat Qəzzanın mərkəzinə endirilən hava zərbəsi nəticəsində öldürülüb.

İsrail ordusu bildirib ki, zərbə nəticəsində HƏMAS-ın həmin ərazidəki fəaliyyətinə rəhbərlik edən komandir hədəfə alınıb. Məlumatın digər tərəflər tərəfindən müstəqil təsdiqi barədə açıqlama verilməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər