Rusiyanın Ukraynaya hücumlarından sonra Makron hərəkətə keçdi
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya endirdiyi zərbələrdən sonra Kiyevə dəstəyin davam etdiriləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Makron “X” sosial şəbəkəsində paylaşımında Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını və hücumların nəticələri ilə bağlı ona “dəhşət və keçirdiyi hissləri” ifadə etdiyini qeyd edib.
Fransa lideri Ukraynanın hava məkanını qoruması üçün bütün zəruri vasitələrlə təmin edilməsinin son dərəcə vacib olduğunu vurğulayıb.
Makron həmçinin lazımi imkanlara malik digər ölkələri də bu təşəbbüsə qoşulmağa çağırıb. O, döyüşlər dayandırılana qədər Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini bildirib.
Kübra Musayeva