Yataqxanada yanğın: Ana və oğlu tüstüdən zəhərləndi

Yataqxanada yanğın: Ana və oğlu tüstüdən zəhərləndi
22.08.2026 18:44 Hadisə

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.

TodayPress TV Report-a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb.

Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Hüseynov Şahin Maşallah oğlu və anası, 1978-ci il təvəllüdlü Hüseynova Yusifə Nəsib qızı tüstüdən zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər