Azərbaycan kanoeçisi dünya çempionatında mübarizə aparacaq
Azərbaycan kanoeçisi Tatyana Smilovenko avqustun 26-dan 30-dək Polşanın Poznan şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda idmançıya kanoe üzrə milli komandanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.
Qeyd edək ki, T.Smilovenko iyulda Macarıstanın Seqed şəhərində gənclər və U-23 avarçəkənlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.