“Aldadıldığını iddia edirlər, amma...” – Karni ABŞ-nin qərarına reaksiya verdi
"Kanada bir ildən artıqdır ki, genişmiqyaslı ticarət sazişini müzakirə etmək üçün xoş niyyətlə çalışır".
TodayPress TV xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni ABŞ-nin gömrük rüsumlarına verilən cavabla bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Məqsədlərinin hər zaman kanadalılar üçün ən yaxşı sazişi əldə etmək olduğunu vurğulayan Karni, ABŞ-nin ötən ay daha bir tarif açıqladığını xatırladıb.
“Dünən (21 avqust) axşam müzakirəçilərimizə Ottavaya qayıtmaları barədə göstəriş verdim. Bizə təqdim etdiklərini qəbul edə bilmərik və bizdən istədiklərini verməyəcəyik”, - deyə o vurğulayıb.
Karni əlavə edib ki, ABŞ ötən il ABŞ-Meksika-Kanada Sazişi (USMCA) çərçivəsində öhdəliklərini pozaraq bir sıra tariflər tətbiq edib.
Baş nazir, həmçinin ABŞ-nin Kanada ilə ticarət kəsiri olması səbəbindən Kanada tərəfindən “aldadıldığını” iddia etdiyinə diqqət çəkib:
“ABŞ-nin dar əhatəli mal ticarəti kəsiri yalnız ABŞ-nin Kanadadan böyük həcmdə enerji alması səbəbindən mövcuddur”.
Aysel Mətləb