Türkiyədə səs-küylü keçid - Kante “Fənərbağça”da

İdman

02.02.2026 11:04

N’Qolo Kante “Əl-İttihad”dan “Fənərbağça”ya transfer olunur

“Əl-İttihad” klubunun mərkəz yarımmüdafiəçisi N’Qolo Kante karyerasını Türkiyədə davam etdirəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə X-də məlumat yayıb.

Bildirilir ki, futbolçu 4 milyon avro qarşılığında “Fənərbağça”ya transfer olunacaq. 

Mənbənin məlumatına görə, Kantenin İstanbul təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Yaxın günlərdə fransalı futbolçu “Fənərbaxça”da tibbi müayinədən keçməlidir.

Qeyd edək ki, N’Qolo Kante 2023-cü ilin yayında azad agent kimi “Əl-İttihad”a qoşulmuşdu. Cari mövsümdə yarımmüdafiəçi Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 4,5 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: N’Qolo Kante,Fənərbağça,Əl-İttihad,Transfer,Todaypress.tv,