Türkiyə ABŞ-ni məğlub etdi, amma... - DÇ-2026

Türkiyə ABŞ-ni məğlub etdi, amma... - DÇ-2026
26.06.2026 08:49 İdman

2026-cı il FIFA Dünya Kubokunun D qrupunda Türkiyə millisi qrup mərhələsinin son turunda ABŞ-ni 3:2 hesabı ilə məğlub edib.

TodayPress TV xəbər verir ki, matçda hesabı 3-cü dəqiqədə ABŞ açıb.

Künc zərbəsindən sonra Auston Trasti yaxın məsafədən fərqlənib. Türkiyə isə 10-cu dəqiqədə Arda Gülərin qolu ilə hesabı bərabərləşdirib.

29-cu dəqiqədə ABŞ-nin vurduğu qol ofsayd səbəbindən ləğv olunub. Bundan az sonra Orkun Kökçü baş zərbəsi ilə Türkiyəni hesabda önə keçirib və ilk hissə 2:1 hesabı ilə başa çatıb.

İkinci hissənin əvvəlində Sebastian Bernhalter uzaq məsafədən dəqiq zərbə ilə hesabı yenidən bərabərləşdirib. Qarşılaşmanın taleyini isə əlavə vaxtın 8-ci dəqiqəsində Kaan Ayhan həll edib. O, yaxın məsafədən vurduğu qolla Türkiyəyə 3:2 hesablı qələbə qazandırıb.

Buna baxmayaraq, ilk iki turdakı məğlubiyyətlər səbəbindən Türkiyə qrupdan çıxmaq şansını itirib və turnirlə vidalaşıb. ABŞ isə qrup lideri kimi pley-off mərhələsinə yüksəlib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər