Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi
Özbəkistan Tatarıstana pilotsuz uçuş aparatlarının hücumu nəticəsində səkkiz vətəndaşının həlak olmasından sonra xüsusi işçi qrupu göndərib.
TodayPress TV xəbər verir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qrupun tərkibinə FHN, Xarici İşlər və Səhiyyə nazirliklərinin, eləcə də Miqrasiya Agentliyinin və digər qurumların nümayəndələri daxildir.
İşçi qrupu hücum nəticəsində zərərçəkənlərə və həlak olanların ailələrinə yardım göstərilməsi ilə məşğul olacaq.
Kübra Musayeva