Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi
Qırğızıstan və Rusiya hərbçilərinin iştirakı ilə birgə taktiki təlimlərə start verilib.
TodayPress TV xəbər verir ki, təlimlər avqustun 11-də Qırğızıstanın İssık-Kul vilayətində, Balıqçı şəhəri yaxınlığında başlayıb.
Təlimlərdə 500-ə yaxın hərbçi, 100-dək silah və hərbi texnika, eləcə də FPV dronları və ordu aviasiyası iştirak edir.
Birgə təlimlərin iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq çərçivəsində keçirildiyi və avqustun 17-dək davam edəcəyi bildirilib.