Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu
Livan parlamenti ölüm hökmünün ləğv edilməsinə səs verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Yalnız “Hizbullah”ın parlament bloku qərarı dəstəkləməyib.
Bildirilir ki, bununla da Livan edam cəzasını ləğv edərək, onu ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəz edən ilk ərəb ölkəsi olub.
Qeyd edək ki, Livanda 2004-cü ilin yanvarından edamların icrasına qeyri-rəsmi moratorium tətbiq olunur. Buna baxmayaraq, həmin dövrdən bəri onlarla ölüm hökmü çıxarılıb, lakin sonradan onların icrası dayandırılıb və ya başqa cəza növü ilə əvəzlənib.
Jalə Rövşən