745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır?
ABŞ Raketdən Müdafiə Agentliyi (MDA) “Raytheon” şirkəti ilə “Standard Missile-3 Block IIA” (SM-3 IIA) raketlərinin istehsalı və texniki xidməti üçün 745 milyon dollarlıq müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, müqavilə çərçivəsində əlavə SM-3 IIA raketlərinin istehsalı nəzərdə tutulur. Raketlər “Raytheon”un Arizona ştatının Tusa şəhərində və Alabama ştatının Hantsvill şəhərində yerləşən müəssisələrində istehsal ediləcək.
Şirkət “Standard Missile” ailəsinə daxil olan raketlərin istehsal gücünü də artırır. Hantsvildə müəssisənin genişləndirilməsi üçün 115 milyon dollarlıq layihənin həyata keçirildiyi bildirilir.
SM-3 IIA raketləri “Raytheon” və Yaponiya sənayesi tərəfindən birgə hazırlanıb. Raketlər qısa və orta mənzilli ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub.
Kübra Musayeva