Putin Trampa şayba göndərdi

Putin Trampa şayba göndərdi
11.08.2026 19:26 Dünya

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa simvolik hədiyyə - xokkey şaybası göndərib.

TodayPress TV xəbər verir ki, Putin hədiyyəni Trampın nümayəndəsi vasitəsilə ABŞ prezidentinə çatdırıb. O, şaybanı “cavab şaybası” kimi təqdim etməyi xahiş edib.

Bildirilir ki, bu jest Putinin xokkey oynaması ilə bağlıdır. Hədiyyə Trampın masasının üzərinə qoyulub və ABŞ prezidentinin xoşuna gəlib.

İki liderin bu məsələni iyunun 14-də baş tutan telefon danışığı zamanı müzakirə etmiş ola biləcəyi də bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər