Şey Gilces-Aleksander son 5 dəqiqədə oyunun gedişatını dəyişdi

Şey Gilces-Aleksander son 5 dəqiqədə oyunun gedişatını dəyişdi
14.06.2025 11:00 İdman

“Oklahoma-Siti Tander” “İndiana Peysers”ə qalib gələrək ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) final seriyasında hesabı bərabərləşdirib 2:2.

TodayPress TV xəbər verir ki, pley-off mərhələsinin final seriyasının İndianapolis şəhərində baş tutan görüşündə “Oklahoma-Siti Tander” səfərdə “İndiana Peysers” üzərində 111:104 hesablı qələbə qazanıb. 

“Bankers Life Fieldhouse” qarşılaşmasının ən məhsuldar oyunçusu “Oklahoma”nın ulduz müdafiəçisi Şey Gilces-Aleksander olub. O, 35 xal və 3 ribaundla yadda qalıb. Oklahoma-Siti təmsilçisinin lideri və əsas oyun qurucusu “İndiana Peysers”ə qarşı parlaq performans nümayiş etdirib. O, görüşün son 5 dəqiqəsində 14 xal toplayaraq diqqətləri öz üzərinə çəkib. Bu müddətdə “İndiana” komandası cəmi 7 xal əldə edə bilib. Şey təkbaşına komandasına rəqibdən iki dəfə çox xal qazandırıb.

Onun komanda yoldaşı Ceylen Uilyams isə 27 xal, 7 ribaund və 3 assistlə komandasının qələbəsində pay sahibi olub. 

Final seriyasının beşinci qarşılaşması iyunun 17-də Oklahoma-Sitidə keçiriləcək. Qalib seriyada 4 qələbə qazanan komanda olacaq.

Namiq HUN

XƏBƏR LENTİ
03 IYUN 2026
Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bütün Xəbərlər